15 dekabr 2013 - 20:30
Pakistan şiələrinin lideri şəhid edildi

"Əl Qaidə"yə bağlı terrorçular Pakistanda şiə liderə hücum edib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Pakistan mediasına istinadən verdiyi xəbərə görə, Pakistanın şiələrinin lideri kimi tanınan və "Vəhdətul Müslimin Məclisi" partiyasının lideri Əllamə Nasir Abbas Cəfəri silahlı hücum nəticəsində öldürülüb."Associated Press of Pakistan"ın xəbərinə görə, O, Lahor kolleci yaxınlığında  avtomobilə minərkən motosikletlə yaxınlaşan naməlum şəxs tərəfindən güllələnib.Agır yaralanan Əllamə Nasir Abbas Cəfəri "Şeyx Zahid" xəstəxanasına çatdırılsada onun həyatı xilas edilə bilməyib. "Vəhdətul Müslimin Məclisi" partiyası onun şəhadəti səbəbiylə 3 gün matəm elan edib.