Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, hərbi qaynaqlardan verilən məlumatlara görə, Suriya Milli Ordusu Hələbdə Mərkəzi Həbsxana və Kəndi Xəstəxanası olmaqla Jurnalistlər Cəmiyyəti, Xan əl-Əsəl, Mənsura və Abtiyn bölgələrində xüsusi təyyinatlı əməliyyatlar keçirərək onlarla terroristi təçhizatlarıyla birlikdə təsirsiz hala gətirib.
Suriya Milli Ordusunun Hələb - Bab yolu üzərində bir terror qrupunu bütün üzvləriylə təsirsiz hala gətirdiyini ifadə edən qaynaq bildirib: “Hənderat, Uveyca, Ərbid və Qveyris bölgələrində terrorçular bir daha çoxlu sayda itki vermyə məcbur olublar”.
Mənbə, həmçinin Təl-Zərzur və Təyyarə kəndinin şimalında silahlarla təchiz edilmiş yük maşınları və sursat yüklü 6 yük maşını azğın terrorçularla birlikdə məhv edildiklərini bildirib.
Azğın qruplaşmalara ağır zərbələr endirən Suriya Milli Ordusu Hələb şəhəri Cəndul, Şeyx Sait, Heydəriyə və Zəbdiyə səmtlərində terrorçü ünsürlərin yuvaları və toplaşdıqları yerləri hədəf alaraq, yaraqlıları ağır itkilər verməyə vadar etmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır