12 dekabr 2013 - 20:30
Qış fəslİndə gümrah olmağın 10 yolu!

عن الرسول الأکرم (صلی الله علیه و آله): شمّوا النرجس - و لو فى اليوم مرة و لو فى الاءسبوع مرّة و لو فى الشهر مرّة و لو فى السنة مرّة و لو فى الدهر مرّة - فان فى القلب حبّة من الجنون و الجذام و البرص و شمّه يقلعها (مجلسى ، بحارالانوار، ج 62، ص 99) Həzrəti Peyğəmbər Əkrəm buyurub: “Nərgiz gülün azı gündə və yaxud həftədə və yaxud ayda və yaxud ildə bir dəfə qoxusunu iyləyin. Çünki insanın bədənində divanəlik, cüzam (bir növ keçirici xroniki xora xəstəliyi) və bərəs (dərinin bəzi hissələrinin ağ bəzi hissələrinin isə qara yaxud qəhvəyi ləkəli olmasına səbəb olan bir xəstəlikdir) xəstəliklərin kökü yatır Nərgiz gülün iyləmək bu xəstəliklərin kökün kəsir”. (Biharul Ənvar cild. 62 səh. 99) عن الإمام علی ابن موسی الرضا (علیهما السلام): لاتؤ خر شم النرجس فانه يمنع الزكام فى مدة اءيام الشتاء. (مجلسى ، بحارالانوار، ج 62، ص 324.) İmam Rza (əleyhis səlam) buyurub: “Nərgiz gülünün qoxusunu iyləməkliyi gecikdirməyin. Çünki bu qış ayı ərzində sizin zükam (qrip) xəstəliyinə tutulmağınızın qarşısını alır”. (Biharul Ənvar cild. 62 səh. 324)

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Bu baxımdan günümüzdə bir çox insanlar lazımi proseduralara əməl edərək sağlamlıqlarına ciddi fikir verirlər. Lakin cəmiyyətimizdə həyat tərzinin vacib elementlərinə əməl etməyənlər də var. Onların bir çoxu piylənmə və ya digər xəstəliklərdən əziyyət çəkir. Bütün fəsillərdə, xüsusən qış fəslində formada olmaq istəyənlər, istəyə uyğun aşağıdakı məsləhətlərə əməl edə bilərlər:

Sudan yetərincə istifadə etmək

Qış aylarında gözəl görünmək və formada qalmaq istəyənlər ilk növbədə su ehtiyacını qarşılamalıdırlar. Beləki, havaların soyuması zamanı insanlarda suya olan təlabat da azalır. Bu baxımdan qış fəslində bədəni suyla təmin etmək olduqca vacibdir. Bildiyimiz kimi susuzluq, acmaq hissini də yaradır. Həmin proses son nəticədə piylənmə və ya kökəlmə xəstəliklərinə səbəb olar. Məhz, buna görə gərəksiz bir zamanda aclıq hiss etdikdə 1 stəkan su içmək məsləhətdir. Aclıq hissi 10-15 dəqiqə içində keçmədikdə o zaman qida qəbulun başlatmaq olar.

Yemək souslarına diqqət

Souslu yeməklər gizli bir kalori qaynağı ola bilər. Bu baxımdan süfrədə müxtəlif cür faydalı salatların olması daha yaxşıdır. Salat hazırladıqda formada saxlayan tərəvəzlərə (xiyar və s.) üstünlük verilməlidir. Çünki, yağlı yeməklər və souslar üçün hazırlanan salatlara limon-sirkəsi, nar və s. dadlandırıcılar əlavə etdikdə gizli kalorilərə qarşı effektli sayılır.

Meyvə-tərəvəz istifadə edin

Gündə 5-7 boşqab meyvə-tərəvəz istifadəsi məsləhətdir. Əlavə olaraq 2 pay salat, bir pay tərəvəz yemək olar. Bu miqdarları istifadə etdiyiniz zaman qəbizlik problemi azlmaqla, vitamin-mineral və antioksidant ehtiyacı qarşılanmış olacaq.

Fındıq və qoz

Gündə 10-15 dənə fındıq və ya 3-4 dənə qoz və ya 10 dənə yer fındığı yemək faydalıdır. Fındıq və qoz, E vitamini və Omeqa-3 cəhətdən zəngin qaynaqlardır.

Tam buğda və ya çovdar

Ağ və ya kəpəkli çörəklər yerinə, tam buğda və ya tam çovdar çörəyi yemək olar. Ağ çörəyə görə daha az kalori alarkən digər çörək məhsullarına görə daha yüksək sink almış olarsınız.

Kalorisi yüksək içkilərdən uzaq durun

Kremli və ətirli qəhvə yerinə süd məzmunlu qəhvələrdən, meyvə suları yerinə meyvə çayları istifadə edin. Qazlı içkilərin əvəzinə ayran və kefir içkilərinə üstünlük verin.

Çaylar

İmmunitet sistemi üçün ekinezya, adaçayı, böyürtkən, cökə və zəncəfil kimi bitki çaylarını seçim etmək olar.

Meyvə şirəsi əvəzinə meyvə qəbulu

Formada qalmaq üçün meyvə şirəsi əvəzinə meyvələrdən istifadə faydalıdır (Üzüm və s.). Çünki. meyvə suyu ilə aldığınız kalori miqdarı yüksək ola bilər.

Süd və süd məhsulları

Səhər yeməyində və ara paylarda süd və süd məhsullarından istifadə edin. Aparılan tədqiqatlara görə süd məhsullarında olan kalsium yağa yapışaraq həzmə uğramadan yaranan yağları atır.

Yumurta istifadəsi

Həftədə 2-3 dəfə yumurta istifadadə edin, xolesterolu yüksək olanlar üçün bu miqdar önəmlidir. Yumurtanı qaynadaraq və ya az yağlı omlet kimi yemək məsləhətdir. Yumurta uzun müddət toxluq hissi yaradır beləcə enerji alışı balanslaşmış olur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır