9 dekabr 2013 - 20:30
Türkiyə parlamentində qalmaqal – Kürdüstan 2014-cü ilin büdcəsinin mətnindən həzf edildi + Foto

Türkiyə Milli Məclisinin Spiker müavini Sadiq Yaqut, mövzunu yenidən səs verməyə qoyaraq, AKP, Xalq Cümhuriyyəti və Milli Hərəkat Partiyaları səs çoxluğu ilə “Kürdüstan” adının büdcəni təsdiqləyən mətndən çıxarılmasına müsbət rəy veriblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün, Türkiyə Milli Məclisində 2014-cü ilin büdcəsi ilə bağlı son qərarın qəbul olunması ərəfəsində sağçı radikal “Milli Hərəkət” partiyasının sədri Dövlət Bağçalı büdcənin təyid olunmasına etiraz edərək bildirib: “Büdcənin mətnində “Türkiyə Kürdüstanı” ibarəti olacağı təqdirdə biz bu layihəni əsla təyid etməyəcəyik. Biz bu mövzunun yenidən nəzərdən keçirilməsini tələb edirik”.

Türkiyə Milli Məclisinin Spiker müavini Sadiq Yaqut, mövzunu yenidən səs verməyə qoyaraq, AKP, Xalq Cümhuriyyəti və Milli Hərəkat Partiyaları səs çoxluğu ilə “Kürdüstan” adının büdcəni təsdiqləyən mətndən çıxarılmasına müsbət rəy veriblər.

Səs verməyə etiraz əlaməti olaraq PKK-ya yaxın sayılan Sülh və Demokratiya partiyasının nümayəndəsi Məclis tribunasını bir neçə dəqiqəlik ixtiyarına alaraq, səs verməyə iradlarını bildiriblər. Milli Hərəkat partiyasının nümayəndəsi Həllaci Oğlu Kürd millət vəkillərinə yaxınlaşdığı zaman isə, onunla Bingül millət vəkili, Ocalanla görüşən heyətin üzvü İdris Balukən arasında fiziki qarşıdurma yaranıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır