5 dekabr 2013 - 20:30
Israel National News: Mandella israilin düşməni idi

Fələstin torpaqlarını işğal etmiş rejimin xəbər portalı həmçinin bildirib: “Mandella İran İslam Respublikasının banisi Ayətullah Xomeyninin məzarın ziyarət edib. O, ha belə Ayətullah Xamenei ilə də görüş keçirərək ona “Biz İranda baş verən İslam İnqilabına börcluyuq” deyə bildirib”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Israel National News bildirib ki, Cənubi Afrikada anti- aparteid (irqçi) hərakatının lideri Nelson Mandellanın ölüm xəbəri onun bütün dünyadakı dostları üçün sarsıldıcı xəbər idi. Belə ki, bəzi ölkələrdə Nelson Mandella üçün əza mərasimləri də təşkil olunub.

Amma Nelson Mandellanın bioqrafiyasını mütali etdikdə onun israil düşməni olduğunu görürük. Belə ki, Mandella Cənubi Afrikanı Apartaid (irqçilik) dövründən sonra israili baykot edərək ona qarşı qoyulan embarqo blokuna qoşdu.

İşğalçı rejimin xəbər portalının verdiyi məlumatda həmçinin bildirilir ki, Cənubi Afrika zəncilərinin rəhbərləri o cümlədən Dezmond Toto israili daim kapitalisimin əsas sütunu kimi tanıyaraq, daim qaradərili zəncilərdən suistifadə edən ünsür kimi qəbul ediblər.

Mandellanın təsis etdiyi partiyanın BMT-dəki ofisinin sədri Neo Emonomezama da öz növbəsində sionizimi Apartaid rejiminin müttəhidi və Cənubi Afrikanın keçmiş rejiminin zəncilərə qarşı törətdiyi cinayətlərinə göz yummaqda ittiham edib.

Nelson Mandellanın baxışında israil də keçmiş Cənubi Afrika dövləti kimi irqçi rejim sayılırdı. O, hər iki rejimi əksəriyyətə qarşı mübarizə aparmaqda, insan haqlarını korlamaqda, insanlara qarşı düşmənçilik siyasətləri yürütməkdə ittiham edib.

Fələstin torpaqlarını işğal etmiş rejimin xəbər portalı həmçinin bildirib: “Mandella İran İslam Respublikasının banisi Ayətullah Xomeyninin məzarın ziyarət edib. O, ha belə Ayətullah Xamenei ilə də görüş keçirərək ona “Biz İranda baş verən İslam İnqilabına börcluyuq” deyə bildirib”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır