2 dekabr 2013 - 20:30
Dəməşqdə güclü partlayış baş verdi – Terrorçular darmadağın edilir

Suriya Daxili İşlər Nazirliyi Paytaxt Dəməşqin Cisrul Əbyəz məntəqəsində böyük partlayış aktının baş verdiyini bildirib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının beynəlxalq əl-Aləm televiziya kanalı Suriya Daxili İşlər Nazirliyinə istinadla bildirib ki, bu gün günorta radələrində Paytaxt Dəməşqin Cisrul Əbyəz məntəqəsində böyük partlayış aktı qeydə alınıb.

Suriya Daxili İşlər Nazirliyinin məlumatında, baş verən hadisə nəticəsində bir neçə günahsız vətəndaşın həlak və yaralandığı bildirilir.

Bu gün həmçinin Suriya Milli Ordusunun düşmən qüvvələrinə qarşı apardığı Təmizlənmə Əməliyyatları zamanı Qələmun, Şərqi Ğutə, Darya, Bərze, Cubər şəhərlərində “Fəcrul İslam” adlı sələfi silahlı qruplaşmaları olmaqla digər yaraqlı qruplaşmaları ağır itkilər verməyə məcbur olublar.

Suriya Milli Televiziyasının verdiyi məlumatda bildirilib ki, Qəhrəman Suriya Ordu Qüvvələri Diyru Ətiyyə əkin sahələrində apardığı əməliyyat zamanı terrorçu qruplaşmalrı darmadağın edib.

Dəməşq ətrafnda yerləşən Sənət məntəqəsində də terrorçuların qərərgahlarında toplaşdıqları zaman Suriya Milli Qüvvələri tərəfindən hammısının bir nəfərə kimi öldürüldüyü xəbəri verilib.

Şərqi Ğutə şəhərinin Duma və Deyru Səlman məntəqələrində isə Suriya Milli ordusunun hücumları zamanı sələfi terrorçuların gizli qərərgahları darmadağın edilərək yaraqlılar da məhv edilib. Döyüş zamanı gəbərdilənlər arasında yaraqlı dəstənin başçısı Ziyad Nəccarın da olduğu önə çəkilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır