Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Anar Qasımlının bildirdiyinə görə, o, bu gün 11 saylı Cəza Çəkmə Müəssisəsində müvəkkili Azərbaycan İslam Partiyasının Lideri Mövsüm Səmədov ilə görüşüb.
Vəkilin sözlərinə görə AİP liderinin vəziyyəti normaldır və səhhəti ilə bağlı heç bir şikayət yoxdur. Lakin Mövsüm Səmədov həbsdə olan AİP funksioneri Rufullah Axundzadənin vəziyyəti ilə bağlı narahatçılığını ifadə edib.
Anar Qasımlı, daha sonra Doktor Mövsüm Səmədovun dediklərinə işarə edərək deyib:“ Mövsüm Səmədov bildirdi ki, Rufullah Axundzadə ilə bağlı baş verə biləcək hər hansı hadisənin məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərində qalacaq. Görünür bu hakimiyyət günahsız xəstə insanlardan belə əl çəkmək istəmir”.
Vəkil həmçinin Mövsüm Səmədova qəzetlərin verilməsi ilə bağlı da müəyyən problemlər hələ də qüvvədə olmasını bildirərək qeyd edib ki, hər dəfə CÇM-nin rəhbərliyinə müraciət etdikdən sonra bir müddət qəzetin verilməsinə şərait yaradılır. Lakin sonrada yenə də məhdudiyyətlər tətbiq edirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır