12 noyabr 2013 - 20:30
Bibi Zeynəbin (s) hərəminə yaxın məntəqə azad edildi

Dəməşqin ətraf bölgəsində yerləşən “Hüceyrətül Bələd” məntəqəsi hazırda Suriya Milli Ordusunun tam nəzarəti altındadır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın müxtəlif bölgələrindəki sionist nökərləri, azğın vəhabi yaraqlılarına qarşı qazandıqları ardıcıl qələbələrdən sonra, ölkənin müxtəlif məntəqələrdə sələfi terrorçularına qarşı “Paklanma Əməliyyatları” aparan Suriya Milli Ordusu, Zeynəbiyyə məntəqəsində yerləşən həzrəti Zeynəbin (səlamullahi əleyha) hərəminə yaxın məntəqəni azğın terrorçuların əlindən azad edib.

Livanın əl-Mənar televiziya kanalının bildirdiyinə görə, Suriya Milli Ordusu “Hüceyrətül Bələd” məntəqəsini vəhşi vəhabilərin çəngindən azad edib.

Dəməşqin ətraf bölgəsində yerləşən “Hüceyrətül Bələd” məntəqəsi hazırda Suriya Milli Ordusunun tam nəzarəti altındadır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır