11 noyabr 2013 - 20:30
Avropa İttifaqının ikili standartları

Brüssel və Strasburqdakılar Əliyevlər ailəsilə “gizlənpaç” oynayıb qurtarana qədər Azərbaycandakı avtoritar rejim cəzasızlıq şəraitində çiçəklənməkdə davam edəcək.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avropa Ittifaqı Azərbaycana ikili standartlarla yanaşır. Çünki zəngin enerji resurslarının sahibi olan avtoritar siyasi rejim Avropa şirkətlərinə öz ölkəsində fəaliyyət göstərməyə imkan verir. Avropa Ittifaqı enerji məsələsində Rusiyanın asılılığından xilas olmaq üçün müxtəlif mənbələrdən enerji resurslarını əldə etmək istəyir.

Bu yay Avropa Ittifaqı nəhayət, alternativ qaz marşrutu məsələsini həll elədi. Azərbaycananın “Şahdəniz” qaz konsorsiumundan çıxarılacaq qaz “Nabukko” əvəzinə “Atans-Adriatik” qaz kəməri vasitəsilə Yunanıstan və Albaniyadan keçməklə Italiyaya çatdırılacaq. Bu qaz kəməri vasitəsilə illik 20 milyard kub metr qaz danışması nəzərdə tutulub.

Bununla belə, Avropa özünü dəyərlərə qarşı maraqların tələsinə salıb. Brüssel və Strasburqdakılar Əliyevlər ailəsilə “gizlənpaç” oynayıb qurtarana qədər Azərbaycandakı avtoritar rejim cəzasızlıq şəraitində çiçəklənməkdə davam edəcək. Avropa Ittifaqının Rusiyanın qaz asılılığından xilas olmasının bədəli avtoritar rejimlə əməkdaşlıq etməsidir. Xarici siyasət məsələsində Moskva kimi Bakının da ambisiyası yoxdur, o baxımdan ki, onların hər ikisini Avropa dəyərlərilə ziddiyyət təşkil edən eyni siyasi mədəniyyət birləşdirir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır