Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya XİN rəhbəri Suriya müxalifətinin sülh danışıqları ilə bağlı mühafizəkar mövqelərini tənqid atəşinə tutub.
Sergey Lavrov həmçinin Suriya müxalifətini sülh danışıqlarında ciddi şəkildə iştirak etməyə çağırıb.
O, Moskvada keçirilən mətbuat konfransında Suriya müxalifətinin danışıqlarla bağlı mühafizəkar mövqelərini tənqid edib. S.Lavrov İran İslam Respublikasının “Cenevrə-2” sülh danışıqlarında iştirak etməsinin zəruri olduğunu bildirib və Tehranın danışıqlara çağırılmasını tələb edib.
Xatırladaq ki, Suriya müxalifəti koalisiyasının sədri Əhməd əl-Cərba BMT-nın münaqişə üzrə nümayəndəsi Əxdər İbrahimi ilə görüşü zamanı İran İslam Respublikasının danışıqlara buraxılmamasını tələb edib. Bu gün Cenevrədə Rusiya XİN rəhbəri və Əxdər İbrahiminin sülh danışıqlarının vaxtı barədə həlledici görüş baş tutacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır