28 oktyabr 2013 - 20:30
Məşhədi Bəxtiyar Qurbanov və Röyal Əsgərova hökm oxundu

Ədalətsiz hakim Məşhədi Bəxtiyar Qurbanov və Röyal Əsgərova 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hökm oxuyub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Səbael rayon məhkəməsində Bəxtiyar Qurbanov və Röyal Əsgərovun məhkəmə iclası keçirilib.

Qondarma məhkəmə iclasında Dövlət İttihamçısı Bəxtiyar Qurbanov və Röyal Əsgərov barədə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası istəyib.

Ədalətsiz hakim Məşhədi Bəxtiyar Qurbanov və Röyal Əsgərova 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hökm oxuyub.

Qeyd edək ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov aprelin 2-də həbs olunublar. Onlara Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə (əmlakı qəsdən məhvetmə və zədələmə) ittiham irəli sürülüb. Dövlət ittihamçısının iddiasına görə, güya onlar Bakı Şəhər İcra Hakimiyyətinin qapısını yandırmağa cəhd etmək, özgə əmlakını qəsdən məhvetmə və zədələmək fikrində olublar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır