Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Bəhreynin əl-Diraz şəhərinin İmam Sadiq (əleyhis səlam) adına Məscidində Cümə Namazının xütbələrində çıxış edən Ayətullah Şeyx İsa Qasim cənabları dünya ölkələrindən Dini və Əxlaqi dəyərləri, dnyəvi dəyərlərdən üstün tutmağa çağıraraq, onlardan Bəhreynə qeyriqanuni yollarla hakim kəsilmiş Xəlifə padşahlıq sülaləsinə zəhərli qazların, müxtəlif növ öldürücü silahların satışına son qoymaqlarını istəyib.
Ayətullah Şeyx İsa Qasim bildirib: “Bəhreyn xalqı buna inanır ki, əgər dünya ölkələri Dinə, məzhəbə bağlıdırlarsa bu təqdirdə insani dəyərlərə, habelə vicdana da bağlı olmalı və bu ölkənin səmasını doldurmuş zəhərli qazları sülalə rejiminə satmamalı, həmçinin bu yolla əldə gətirdikləri maddi mənfəəti mənəviyyatlarına üstün tutmamalıdırlar. Bilin ki, sizin satdığınız bu qaz və silahlar günün hər bir istənilən saatında Bəhreyn xalqının yaşayış evlərinə, ictimai məkanlarına atılır, bunun nəticəsində isə Bəhreyn milləti böyük fəlakətlər ilə üzləşməli olur...”.
Xatırladaq ki, rəsmi mediaların bildirdiyinə görə, bu günə kimi Bəhreyndə vəhabi Ali Xəlifə rejimi tərəfindən dinc aksiyaçılara qarşı tətbiq edilən zəhərli qazlar nəticəsində 50-dən artıq vətəndaş Şəhid olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır