13 oktyabr 2013 - 20:30
Ramiz Mehdiyevdən ABŞ-la bağlı şok sözlər

Onun sözlərinə görə, nəticələr fərqli olanda ABŞ-ın qiyməti mənfi olmalıydı.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bir qrup jurnalistə müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib: “ABŞ rəsmiləri bizə təklif etmişdilər ki, Milli Şuranın namizədinə 25 faiz verək, özümüzə 74-75 faiz götürək. Guya, belə səs faizləri qarşılığında ABŞ Dövlət Departamentinin mövqeyi balanslaşdırılmış olacaq”.

Onun sözlərinə görə, nəticələr fərqli olanda ABŞ-ın qiyməti mənfi olmalıydı.

“Nəticə bəllidir. Göründüyü kimi, bu, dost məsləhəti deyil, ciddi xəbərdarlıqdır. Belə çıxır ki, biz şəffat və ədalətli yox, saxta seçki keçirməliydik”, - Ramiz Mehdiyev deyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır