11 oktyabr 2013 - 20:30
Kanada, əskərlərini Əfqanıstandan çıxardır

2014-cü ilin mart ayının axırlarına kimi 100 nəfərdən də az rəqəmə endiriləcək kanadalı hərbiçilərin əsas vəzifəsi Kabul, Herat və Məzarşərif şəhərlərində yerləşən Hərbi Təlim Mərkəzlərində əfqanıstanlı əskər və təhlükəsizlik qüvələri təlimatlandırmaq olacaq.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kanada Müdafiə Nazirliyində işləyən və adının açıqlanmasını istəməyən resurslardan biri bildirib: “İlk zabit və əskərlərdən ibarət 100 nəfərlik qrup, artıq ötən gün 11 Oktyabr, 2013 tarixdə, geriyə, Kanadaya dönüblər”.

Xatırladaq ki, General Deyn Milnerin bildirdiyinə görə, hazırda Kanadanın Əfqanıstanda 950 nəfərdən ibarət hərbi qulluqçusu mövcuddur. Və gələn ilin (2014) mart ayının axırlarına kimi hərbiçilərin sayı 100 nəfərdən də az rəqəmə endiriləcək. Əfqanıstanda xidmət göstərəcək kanadalı hərbiçilərindən ibarət qrupun əsas vəzifəsi Kabul, Herat və Məzarşərif şəhərlərində yerləşən Hərbi Təlim Mərkəzlərində əfqanıstanlı əskər və təhlükəsizlik qüvələri təlimatlandırmaq olacaq.

Qeyd etmək lazımdır ki, Kanada İyul ayından başlayaraq öz hərbiçilərini Əfqanıstanda işğalçı NATO çərçivəsində aparılan hərbi əməliyyatlarda birbaşa iştirak etməsinə son qoymuş və hərbiçilərindən 2800 nəfərini Əfqanıstandan çıxartmışdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır