Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu Bakı vaxtı ilə 16:00 radələrində, Bakı şəhərinin Yasamal rayonunda Demokratik Qüvvələrin Milli Şurasının vahid Namizədi Cəmil Həsənlin növbəti üçüncü mitinqi keçirilib.
Mitinq iştirakçılarının böyük bir qismi Yasamal rayonunda yerləşən "Məsul" stadionununa toplaşıb. Getdikcə mitinqə insan axını davam edib. Stadiona toplaşanlar əllərində Bayraqlar və plakatlarda "Azadlıq", "Bəsdir" və s. kimi şüarlar, həmçinin ağ rəngli maykalar üzərində yazılmış “Oğruya Yox Doğruya Səs Ver” şüarları nümayiş etdiriblər.







Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır