4 oktyabr 2013 - 20:30
"əl-Nüsrə" sələfi yaraqlıları 50 sakini oğurlayıblar

Cümə günündən şənbəyə keçən gecə ər-Riqq şəhəri yaxınlığında hökümət ordusu və silahlı qruplaşmalar arasında dah bir qarşıdurma baş verib. Qarşıdurma zamanı yaraqlılar ağır itkilər verməyə məruz qalıblar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın Həsəkə əyalətində yerli sakinlərlə əksəriyyəti xarici ölkələrdən gətizdirilmiş sələfi silahlı qruplaşmalar arsında qarşıdurmalar davam edir.

Sələfi "əl-Nüsrə" təkfirçi qruplaşması Həsəkə rayonunun Təll-Bərrak şəhərinin Racm əl-Fannuş qəsəbə sakinlərindən 50 nəfərini oğurlayıb. Hələlik oğurlanmış sakinlərin taleyi barədə heç bir məlumat yoxdur.

Cümə günündən şənbəyə keçən gecə ər-Riqq şəhəri yaxınlığında hökümət ordusu və silahlı qruplaşmalar arasında dah bir qarşıdurma baş verib. Qarşıdurma zamanı yaraqlılar ağır itkilər verməyə məruz qalıblar.

Bu haqda danışan mənbə məlumat verib ki, cümə günündə ölkədə gedən qarşıdurmalarda 160 nəfərin ölümü qeydə alınıb ki, onlardan 63-nün mülki vətəndaş olduğu bildirilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır