2 oktyabr 2013 - 20:30
Putin: Suriyada hərbi variantdan istifadə etmək ssenarisindən imtina etmək ehtimalı yüksəkdir

Suriyada kimyəvi silahların məhv edilməsi prosesin gedişatını nəzərə alaraq Vladimir Putin, Suriyadakı kimyəvi silahların məhv edilməsi prosesi ilə əlaqədar məmnuniyyətini ifadə edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putin, Suriyada yaşanan böhranın həllinə ortaq olan dövlətlər arasındakı koordinasiyanın güc istifadə ssenarisindən imtina etmək ehtimalının yüksək olduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putin, dünən qatıldığı "Rusiya çağırır" başlıqlı illik investisiya forumunda, koordinasiya ilə əlaqədar işlərin bu ankı səviyyədə davam etdirilməsi ilə əlaqədar, Suriyada hərbi variantlardan istifadə edilməsinə və zərər çəkmiş uşaqların sayının artmasına ehtiyac qalmayacağına ümid etdiyini açıqlayıb.

Suriyada kimyəvi silahların məhv edilməsi prosesin gedişatını nəzərə alaraq Vladimir Putin, Suriyadakı kimyəvi silahların məhv edilməsi prosesi ilə əlaqədar məmnuniyyətini ifadə edib.

Suriyada yaşanan böhranın həlli yönündə atılan addımların müvəffəqiyyətli olduğunu xarakterizə edən Putin, Suriyada böhranın həll olacağı müddətdə sabit tutum sərgiləyən Çin, Hindistan, Braziliya, Argentina və İndoneziyanın böyük payı olduğuna işarə edərək ayrıca hərbi həll alternatifini uzaq qalmağı seçim edən bütün tərəflərə təşəkkürlərini təqdim edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır