Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Belarusiya prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Suriyaya qarşı hər hansı bir hərbi müdaxilə etmək təhlükəsinə xəbərdarlıq edərək, bunun istisnasız olaraq hər kəs üçün böyük bir faciə olacağını bildirib.
Qazaxıstan Respublikasında işgüzar səfərdə olan Lukaşenko Qazaxıstanın KZ 24 Televizya kanalına verdiyi müsahibədə bildirib: “ABŞ-ın Suriyaya hərbi müdaxiləsi bütün bölgə ilə yanaşı digər dövlətləri də böyük bir faciə ilə üzləşdirəcək”.
Aleksandr Lukaşenko Suriyaya qarşı mümkün müharibə təhlükəsinin qarşısını almaq üçün bütün səlahiyyətlilərin bu yöndə səylərini daha da artırmaqlarına işarə edərk, bu məsələdə ölkəsinin mövqeyini Rusiya mövqeyi üzərində uyğunlaşdığını söyləyib.
Suriya ilə ölkəsi arasındakı əlaqələrin mətanət və dərinliyinə işarə edən A.Lukaşenko, prezident Bəşşar Əsəd arasındakı dərin dostluq əlaqələrinin olduğunu bilddirib.
Belarusiya prezidenti Aleksandr Lukaşenko, Ərəb bölgəsindəki gərginliyin Avro-Asiya bölgəsindəki iqtisadi və təhlükəsizlik vəziyyətlərinə də təhdid yaradacağını bildirərək, bu səbəbdən ölkəsinin bu hadisələr qarşısında tamaşaçı olmasının mümkün olmadığını ifadə edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır