24 sentyabr 2013 - 20:30
Malaziyada  Şiəliyi yayan 16 vətəndaş həbs edilib

Malaziya Baş Nazirliyinin ofisinə başçılıq edən, Datuk Seri Cəmil Xeyr bin Bəhrum: “Biz, Şiə məzhəbini qəbul edən vətəndaşları da istintaqa cəlb edəcəyik. Onlar dövlətin anti-Şiə əməliyyatlarından amanda qala bilməyəcəklər”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Malaziya dövlət rəsmiləri, ölkədə Şiə məzhəbini təbliğ edən qrupların müəyyən edilməsi üçün apardıqları geniş miqyslı tədqiqatlar nəticəsində, 16 Şiə aktivisti həbs ediblər.

Malaziya Baş Nazirliyinin ofisinin rəisi, Datuk Seri Cəmil Xeyr bin Bəhrum bu haqda açıqlama verərək bildirib: “Məzhəb və Dini komitələrdən verilən məruzələrdə, daha 139 nəfərin şübhəli qisimdə məsuliyyətə cəlb edilib və onların yoxlanışına başlanması bildirilir”.

O, deyib: “Dövlət bu məsələdə xüsusi formada meydana girərək, Şiə aktivistləri haqda məlumatları topladıqdan sonra onların barəsində lazımı addımları atacaqdır”.

Malaziya Baş Nazirliyinin ofisinə başçılıq edən, Datuk Seri Cəmil Xeyr bin Bəhrum həmçinin bildirib: “Biz, Şiə məzhəbini qəbul edən vətəndaşları da istintaqa cəlb edəcəyik. Onlar dövlətin anti-Şiə əməliyyatlarından amanda qala bilməyəcəklər. Bundan əlavə “İslam Dininin Yayılması” təşkilatı da, öz növbəsində Şiə təlimatlarını nəzarət altına götürmək məqsədi ilə, ölkənin Məzhəb və Dinlər komitəsi ilə əməkdaşlığa başlayıb. Bununla da, ölkənin Ali Təhsil ocqlarında həmçinin orta məktəblərdə fəaliyyət göstərən Şiə aktivistləri və qruplaşmaları nəzarət altına götürüləcəkdir...”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır