23 sentyabr 2013 - 20:30
Tcikistanda terrorçu qruplaşma yaxalandı

Qeyd edək ki, hazırda Pakistan, Əfqanıstan xüsusi ilə də Suriyaya xeyli sayda MDB ölkələrinin sələfi vətəndaşları, xüsusən Azərbaycan Republikasının vətəndaşları böyük axınla cəlb olunur. Onlara bu ölkələrdə yaraqlılar tərəfindən mütəlif növ müasir silahlardan istifadə qaydaları, terror əməliyyatlarının həyata keçirilməsi və insan başlarının kəsilməsi kimi təlimatlar keçirilir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan Tacikistan Respublikasının silahlı qüvvələri, paytaxt Düşənbə şəhərində gizli fəaliyyətlə məşğul olan və terror əməliyyatları həyata keçirtmək istəyən sələfiyönlü silahlı təşkilatı aşkarlayaraq bütün üvlərini həbs edib.

Adının açıqlanmasını istəməyən Tacikistan Daxili işlər Nazirliyinin əməkdaşlarından biri bu haqda açıqlama verərək bildirib: “Həbs olunan 10 nəfər silahlı, “Özbəkistan İslam Hərəkatı” və “Ənsarullah” cəmiyyətinin üzvlərindəndirlər”.

Bildirək ki, qeyd olunan silahlı qruplaşmanın, Paytaxt Düşənbə və onun ətraf rayonlarında adamları girov tutmaq kimi bir sıra cinayət işləri həyata keçirtmək məqsədləri olub.

Rəsmi məlumatlara görə, Tacikistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları, yaraqlılara qarşı apardıqları xüsusi əməliyyatlar zamanı, gizli banda üzvlərindən silah və sürsatlar, telekommunikasiya avadanlıqları, növbə-növ simlər və partlayıcı maddələrdə istifadə olunan müxtəlif növlü xüsusi maddələr aşkarlayaraq müsadirə edib.

Tacikistan Milli Təhlükəsizlik Nazirliyi həmçinin bildirib ki, silahlı banda üzvləri cavanları terror əməliyyatlarını həyata keçirtmək üçün ölkə xaricinə göndərirmişlər.

Əldə olunan digər məlumatlara görə isə, terror qruplaşmasına başçılıq edən Tacikistan vətəndaşı Əlimurad Muxadov, Düşənbənin dörd ayrı-ayrı məntəqələrində partlayıcı maddələr yerləşdirərək terror aktları həyata keçirtmək niyyətində olub.

Əlimurad Muxadov istintaq zamanı, 2011-ci ildə “Özbəkistan İslam Hərəkatı” və “Ənsarullah” cəmiyyəti rəhbərləri ilə biət etdiyini və həmçinin Pkistanın Vəziristan əyalətində hərbi təlimlər keçdiyinə etiraf edib.

Qeyd edək ki, hazırda Pakistan, Əfqanıstan xüsusi ilə də Suriyaya xeyli sayda MDB ölkələrinin sələfi vətəndaşları, xüsusən Azərbaycan Republikasının vətəndaşları böyük axınla cəlb olunur. Onlara bu ölkələrdə yaraqlılar tərəfindən mütəlif növ müasir silahlardan istifadə qaydaları, terror əməliyyatlarının həyata keçirilməsi və insan başlarının kəsilməsi kimi təlimatlar keçirilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır