Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Sələfiyönlü “Müsəlman Qardaşları” partiyasının ünsürlərindən bir qrupu Libiyada məşhur Sünni alimlərindən biri sayılan, Misir və Libiya Sufi təriqətinin rəhbəri terror ediblər.
İmam Hüseynin (əleyhis səlam) nəslindən olan Libiyalı Seyyid, Şeyx Mustəfa bin əl-Məhcubi əl-İdrisi, Durnə şəhərinin əl-Fətaih məntəqəsində, mənzili qarşısındaca təkfirçi qrulaşmaların silahlı ünsürləri tərəfindən hücuma məruz qalaraq Şəhid olub...
Qeyd edək ki, mərhum Şeyx Məhcubi Libiyada İrşad və Təbliğ Məclisinin Ali Elmi Şurasının üzvü, ölkə üzrə İslam Təsəvvüfünün rəhbərlərindən biri kimi sayılırdı. O, özündən sonra bir çox qiymətli və dəyərli Elmi, Ürfani və Əxlaqi əsər qoyaraq müasir İslam Dünyasında özünəməxsus yerə sahib bir alim idi. Şeyx Məhcubun yazdığı əsərləri, o cümlədən Əxlaq və Ser iləllah mövzuları haqda bəhs edən 1000 beytdən ibarət “Əlfiyətul Məjcubi” və beynəlxalq caizələr ilə təltif olunan “Mövludu Nuril Ənvarin Nəbiyyil Mustəfəl Muxtar” kitabıdır.
“Misir Sufiləri Qüvvələrinin İttihadı”-nın Baş Katibi, “Şərafətuli Ali Beyt (əleyhimus səlam) Cəmiyyəti” təşkilatının sədri, Doktor Şərif Əbdullah Nasir Helmi də öz növbəsində baş vermiş terror hadisəni kəskin sürətdə pisləyərək məhkum edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır