21 sentyabr 2013 - 20:30
Pişavərdə Kilsə partladıldı, 72 nəfər həlak olub

Pişavər xəstəxanasının həkimlərindən biri olan Ərşəd Cavad hadisənin törətdiyi tələfatı haqda məlumat verərək deyib: “Terror hadisəsi zamanı 72 nəfər həyatını itirib, 100 nəfərə yaxın vətəndaş isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıblar”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Pakistanda xristianlara qarşı terror aktları həyata keçirilib. Pakistan yerli mətbuat xidmətləri bu gün, Bazar Günü, Xeybəri Pəxtunxah əyalətində yerləşən Kilsə qarşısında iki terror aktının həyata keçirilərək azı 72 nəfərin həyatına son qoyulduğunu bildirib.

Qeyd olunan terror aktları, Pakistanda azlıq təşkil edən xristian dininin ardıcıllarına qarşı həyata keçirilən ən böyük terro hadisəsidir.

Məsuliyyəti heç bir qruplaşma tərəfindən öhdəsinə götürülməyən hadisənin, ölkənin Xeybəri Pəxtunxah əyalətinin ən böyük şəhərlərindən biri olan Pişavərdə baş verildiyi bildirilir.

Pişavər xəstəxanasının həkimlərindən biri olan Ərşəd Cavad hadisənin törətdiyi tələfatı haqda məlumat verərək deyib: “Terror hadisəsi zamanı 72 nəfər həyatını itirib, 100 nəfərə yaxın vətəndaş isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıblar”.

Xeybəri Pəxtunxah əyaləti üzrə Pakistan Səhiyyə Nazirliyinin əməkdaşı Şövkət Əli Yusif Zay da, öz növbəsində həkim Ərşəd Cavadın verdiyi açıqlamanı təsdiqləyib.

Qeyd edək ki, bu gündən etibarən Xeybəri Pəxtunxah əyalətinin hakimi tərəfindən əyalətdə üç gün ümumi əza elan olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır