Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın Şərq əyaləti olan Dəyrəzur vilayətinin “əl-Əriz” xiyabanında, beynəlxalq terror təşkilatı olan əl-Qaidə yaraqlılrı ilə, “Azad Suriya Ordusu” adlanan terror qruplaşması arasında qanlı atışmalar baş verib.
Məlumata əsasən ötən şənbə günü də, Suriyanın cənubundakı əl-Şeyxul Miskin şəhərində iki azğın qruplaşma arasında qanlı döyüşlər baş verib. Silahlı qarşıdurma zamanı hər iki tərəf canlı itkilər verərək yaralandıqları bildirilir.
Məlumatlı mənbə, qarşıdurmanın səbəbini, yaraqlıların Suriya xalqından oğurladıqları əmlakları aralarında bölə bilmədiklər olduğunu vurğulayıb.
Qeyd edək ki, azğın terror qruplşmaları arasında buna oxşar hadisələr əvvəlrə də, baş verib və hər bin neçə aydan bir, qeyd olunan hadisələr təkrarlanır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır