16 sentyabr 2013 - 19:30
Bu gün İmam Rzanın (əleyhis səlam) mövlud günüdür- Qısa Kəlamları

Həzrəti İmam Rza (əleyhis səlam) buyurub: Mömin mömin sayılmaz əgər onda bu üç xüsusiyyət olmazsa. 1- Rəbbinin sünnəsinə əməl etməklik. 2- Peyğəmbərinin sünnəsinə əməl etməklik. 3- Allahın Vəlisinin (Məsum İmamın) sünnəsinə əməl etməklik...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün, milad təqvimi ilə 17 Sentyabr, 2013 tarixə təsadüf edən, Hicri Qəməri tarixi ilə 11 Zil Qədə, 1434-cü il Şiələrin səkkizinci İmamı, həzrəti Əli ibni Musa əl-Rizanın (əleyhiməs səlam) anadan olan gündür.

Biz ABNA olaraq bu bərəkətli bayramı, başda zamanəmizin Haqq İmamı, həzrəti Muhəmməd ibn Həsən Əskəri (Allah Təala onun zühurunu tezliklə gerçəkləşdirsin) olmaqla, onun haqq naibi İmam Xameneyi cənablarına və onun simasında bütün Təqlid Mərcələrinə və Allah Təalanın yaratdığı şüurlu varlıqlara təbrik ərz edirik.

Biz bu xoş və fərhli gün münasibəti ilə saytımızın ziyarətçilərinə həzrət İmam Rzanın (əleyis səlam) inci dolu kəlamlarından bir qismini təqdim edirik.

Sonda Allah Təalanı and veririk öz izzəti cəlalına, həzrəti İmam Rza (əleyhis səlam) cənablarına xatir bizləri bu müqəddəs kəlamları oxuyub ona əməl edənlərdən qərar versin.

İmamın Kəlamları:

1-

لايكـون المـومـن مـومنـا حتـى تكـون فيه ثلاث خصـال: 1ـ سنه من ربه2 .ـ وسنه من نبيه. 3- و سنه من وليه.

فـاما السنه مـن ربه فكتمان سـره. و امـا السنه من نبيه فمـداراه الناس . و امـا السنه مـن وليه فـاصبـر فـى البـاسـاء و الضـراء.

(اصـول كـافـى, ج 3 ,ص 339 و تحف العقـــول, ص 442.)

Möminin üç əsas xsüsiyyəti

Həzrəti İmam Rza (əleyhis səlam) buyurub: Mömin mömin sayılmaz əgər onda bu üç xüsusiyyət olmazsa. 1- Rəbbinin sünnəsinə əməl etməklik. 2- Peyğəmbərinin sünnəsinə əməl etməklik. 3- Allahın Vəlisinin (Məsum İmamın) sünnəsinə əməl etməklik.

Amma Allahın sünnəsi, onun sirrini qoruyub gizlətməkdən ibarətdir. Peyğəmbərin sünnəsi isə, insanları (cüzi və şəxsi məsələlərdə, əmr be məruf və nəhy əz münkər olmayan işlərdə) yola verməkdir. Allahın təyin etdiyi Vəlinin sünnəsi isə, müsibət və bəlalar üz verdiyi vaxt səbirli olmaqdır.

(Üsul Kafi, cild 3, səh. 339 və Tühəfül Üqul, səh. 442)

 

2-

الـمستتر بـالـحسنه يـعـدل سبعين حسنه, و المذيع بالسيئه مخذول, و المستتر بالسيئه مغفور له.

(اصول كافى,ج 4,ص 160 )

Yaxşı işi pünhanda görməyin savabı və pis işi göz qabağında görməyin cəzası

Həzrəti İmam Rza (əleyhis səlam) buyurub: “Yaxşı işi pünhanda görən şəxsə 70 bərabər savab verləcək. Pis işləri aşkarda görən şəxs alçaqdır. Pis işləri pünhanda görüb aşkar etməyən şəxs isə bağışlanacaqdır”.

(Üsul Kafi, cild 4, səh. 160)

 

3-

من اخلاق الانبياء التنظف.

(تحف العقول, ص 442.)

Paklıq

Həzrəti İmam Rza (əleyhis səlam) buyurub: “Peyğəmbərlərin əxlaqlarından biri də paklığa riayət etməkdir”.

(Tühəfül Üqul, səh. 442)

 

4-

لا يتـم عقل امـرء مسلـم حتـى تكون فيه عشر خصـال : الخيــر منـه مـامــول. و الشر منه مامـون. يستكثر قليل الخير من غيره, و يستقل كثير الخير مـن نفسه. لا يسام من طلب الخـوائج اليه, و لا يمل مـن طلب العلـم طول دهره. الفقرفى الله احب اليه من الغنى و الذل فى الله احب اليه مـن العز فى عدوه. و الخمـول اشهى اليه من الشهره.

ثـم قال (ع) العاشره و ما العاشره؟ قيل له: ما هى؟ قال(ع): لايرى احدا الا قال: هو خير منى و اتقى.

(تحف العقول , 443.)

Ağıllı şəxsin on xüsusiyyəti

Həzrəti İmam Rza (əleyhis səlam) buyurub: “Müsəlman olan insanın ağlı yalnız on xislət onda olduğu zaman tamam ola bilər:

1- Daim onun xeyrli işlər görəcəyinə ümid edilə.

2- Ondan heç kimə pislik keçməz.

3- Başqasının az xeyr işini həmişə çox sayar.

4- Özünün gördüyü böyük xeyrli işləri daim kiçik sanar.

5- Ondan hər qədər istək və hacət istəsələr heç vaxt ürəyi sıxılmaz.

6- Ömür boyu elm öyrənməklikdən yorulmaz və boyun qaçırmaz.

7- Allah yolunda fəqirliyi (kasıbçılığı) varlı olmaqdan üstün tutar (yəni maddi aləmə çox aludə olmaqdan qaçar).

8- Allah yolunda (insanlar qarşısında) xar olmaqlığı düşməni ilə bir olub izzətli olmaqdan üstün tutar.

9- Şöhrətsizliki, adının insanlar arasında məhşurlaşaraq şöhrət tapmasından üstün tutar.

10- Sonra İmam Rza (əleyhis səlam) onuncu xüsusiyyəti dediyi zaman buyurdu: Onuncusu!.. Axı sən nə bilirsən Onuncusu nədir?

Bu zaman “onuncu nədir?”- deyə İmamdan soruşdular. İmam Cavab verdi: Hər kəsə baxdığı zaman daim qarşısındakını özündən üstün bilər və “o, məndən üstün və pəhrizkardır”- deyə buyurar”.

(Tühəfül Üqul, səh. 443)

 

5-

الاخ الاكبر بمزله الاب.

(تحف العقول, ص 442)

Böyük qardaşın məqamı

Həzrəti İmam Rza (əleyhis səlam) buyurub: “Böyük qardaşın məqamı atanın məqamı yerindədir”.

(Tühəfül Üqul, səh. 442)

 

6-

صديق كل امرء عقله و عدوه جهله.

(تحف العقول, ص 443)

Hər kimin dost və düşməni

Həzrəti İmam Rza (əleyhis səlam) buyurub: “Hər bir şəxsin dostu onun ağılı, düşməni isə onun ağılsızlığıdır”.

(Tühəfül Üqul, səh. 443)

 

7-

التودد الى الناس نصف العقل.

(تحف العقول, ص 443)

Camaatla dostluq etməklik

Həzrəti İmam Rza (əleyhis səlam) buyurub: “Camaatla dostluq etməklik ağlın yarısıdır”.

(Tühəfül Üqul, səh. 443)

 

8-

ان الله يبغض القيل والقـال واضـاعه المـال و كثـره السـوال.

(تحف العقول, ص 443)

Qışqırıq salmaqlığın pis olması haqda

Həzrəti İmam Rza (əleyhis səlam) buyurub: “Həqiqətən Allah Təala qışqırıq salmaqlığı, əmlakı dağıtmaqlığı və daim maddi yardım istəməkliyi düşmən tutur və bu işləri xoşlamır”.

(Tühəfül Üqul, səh. 443)

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır