Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi bəzi xarici KİV-lərdə Suriya prezidenti Bəşər Əsədin İrana gizli səfəri ilə bağlı yayılan məlumatları təkzib edib.
Bu barədə MEHR xəbər agentliyi məlumat verib.
Əraqçi bu kimi xəbərlərin yayımlanmasını gülünc adlandırıb.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Bəşər Əsədin qaçması xəbəri bütün dünyada təcili son dəqiqə xəbəri kimi yayılsa da, bundan bir neçə saat sonra ölkə başçısının hər gün olduğu kimi evindən çıxıb preizdent aparatına getdiyi və hazırda orada olduğu bildirilmişdi.(İslamazeri)
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır