28 avqust 2013 - 19:30
Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib

Bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə Suriyadakı vəziyyəti müzakirə edib.“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.Rusiya və İran prezidentləri arasındakı telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.Danışıqlar zamanı Putin və Ruhani kimyəvi silahın tətbiqini yolverilməz olduğunu vurğulayıb.Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır