Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan İslam Partiyasının “ Ədalətli seçki uğrunda” təşəbbüs qrupunun Mövsüm Mərdan oğlu Səmədovun prezidentliyə namizədlik sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi gündən artıq beş gün keçir. MSK-dan cavabın verilməməsi səbəbini AİP sədrinin siyasi məsələlər üzrə sədr müavini Akif Heydərli belə izah edib:
“AİP-in prezidentliyə namizəd irəli sürdüyü Mövsüm Mərdan oğlu Səmədovun passiv seçki hüququnun tanınması və namizədliyinin MSK tərəfindən təsdiq edilməsi M. Səmədovun həbsdən azad olunmasından asılıdır. Bu isə ölkə prezidenti İlham Əliyevin müstəsna səlahiyyətindən asılıdır. Bu gün islamçıların böyük gözləntiləri vardır ki, ədalətli yanaşma olarsa Hacı Mövsüm Səmədov azadlığa qovuşacaq. Belə yanaşma eyni zamanda Azərbaycanın insan haqlarının pozulmasında imicinə dəyən zərərin, İslam aləmində ölkəmizin nüfuzuna düşən xələlin yüngülləşməsinə təsirsiz ötüşməz.
Güman edirik ki, bu gün hakimiyyət Hacı Mövsüm Səmədovun həbsdən azad edilməsində tərəddüd edir. Amma məncə Hacı Mövsüm Səmədovun üzərindən qondarma ittihamların ləğv edilərək hüquqlarının təmin olunması və onun seçkilərə azad şəkildə qoşulması AİP-in prezidentliyə namizədliyinin geri götürülməsi etimalını da doğura bilər.
Bütün bu etimalları və gözləntiləri nəzərə alıb AİP-in MSK-ya təqdim etdiyi sənədlərə cavabın gecikməsindən ciddi narahatçılıq keçirmirik.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır