Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ Təhqiqat Ofisi FBI, Suriyada silahlı terror qrupları tərəflərində döyüşən amerikalıların geriyə, ölkələrinə dönməsi və özləri ilə terrorçu həyat tərzini Amerika Birləşmiş Ştatlarına gətirmələrini böyük narahatlıqla ehtimal verir.
Cümə günü BBC News TV-yə müsahibə verən FBI direktoru Robert Mueller, 1970-ci illərdə Əfqanıstan və Pakistanda ortaya çıxaraq dünyanı təhdid edən terrorun bu müddət ərzində Suriya, Libya, Misir və Yəməndə geniş yayıldığını bildirib.
Qeyd olunan ölkələrə səyahət edən bəzilərinin istər-istəməz terrorçularla əlaqəsinin ola biləcəyi düşüncəsi insanda meydana gələrək narahatlıq təşkil etdiyinə işarə edən Mueller deyib: "Buna görə, bəli narahatlıq duyuruq ... və vəziyyəti izləyirik ...".
Xatırladaq ki, daha əvvəllər də ABŞ-n səlahiyyətli nümayəndələri Suriyada fəaliyyət göstərən silahlı terror qrupları yanında döyüşən amerikalı vətəndaşların olduğunu etiraf etmişdilər.
Qeyd edək ki, bu günə kimi, Suriyadakı qarşıdurmalarda onlarla ABŞ əsilli terrorçular öldürülmüşdü.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır