20 avqust 2013 - 19:30
Dövlət universitetləri “Hicab”-a problem yaradır

Valideyn birlik.az saytından xahiş edir ki, telefon nömrəsi ictimaiyyət üçün açıq olsun və buna görə də valideynin telefon nömrəsini nəzərinizə çatdırırıq: 055 209 98 94

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Dövlət Neft Akademiyasında daha bir özbaşınalıq haqda məlumat yayımlanıb.

Belə ki, bu gün birlik.az saytının redaksiyasına sözügedən universitetə bu il qəbul olmuş tələbələrdən birinin valideyni, Əsgərov Elman vətəndaş şəxs zəng edərək hicablı qızının Universitetə buraxılmamasını bildirib.

Valideyn bu il birinci qrupa imtahan verərək tələbə adını qazanmış qızının – Əsgərova Aynur Elman qızının ADNA-ya buraxılmadığını bildirib.

Valideyn onu da bildirib ki, qapıda dayanan mühafizəçilər qızıma deyiblər ki, bura hicablı tələbələr buraxılmır.

Valideyn birlik.az saytından xahiş edir ki, telefon nömrəsi ictimaiyyət üçün açıq olsun və buna görə də valideynin telefon nömrəsini nəzərinizə çatdırırıq: 055 209 98 94

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

P.S: Bildirək ki, artıq bu 4-cü dəfədir ki, Azərbaycan Dövlət Neft Akademiyasında eyni özbaşınalıq təkrarlanır. Amma hələ də dövlət səviyyəsində kimsə bu özbaşınalıqla bağlı rəsmi açıqlama verərək, vətəndaş hüquqlarının ciddi şəkildə pozulması ilə maraqlanmır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır