18 avqust 2013 - 19:30
ABŞ və müttəfiqləri Qarabağı erməniləşdirmək üçün Suriya problemin yaradıblar

ABŞ-da Suriyadan Qarabağa köçürülən ermənilərə yardım toplanıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bostondakı erməni icması Suriyadan Azərbaycan ərazisinə, Qarabağa köçürülmüş ermənilərə 1,3 milyon dollar toplanıb.

Erməni mediasının verdiyi məlumata görə, bu pulla həmin ermənilərə iri buynuzlu qaramal almaq, kotecləri tikmək planlaşdırılıb.

Ermənilər oradakı torpaqları Suriyadan gələn ermənilərə paylamağı da planlaşdırır.

Bir müddət öncə işğal altında olan Zəngilana Suriyadan 30 erməni ailəsi köçürülüb. Onlara həmin rayon ərazisində torpaqda paylanıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır