Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gündən etibarən artıq həzrəti Müslim ibn Əqilin hərəmindəki qədimi zərih açılaraq, Muzeydə yerləşdirilib. Eyni zamanda yeni zərihin də quraşdırılması işlərinə start verilib.
Yeni zərih, 14 ton ağırlığındadır. Zərih üzərində 8 kiloqram qızıl, 2 ton gümüş və 5 ton mis işlənilib.
Zərihin uzunluğu 5 m 16 sm, eni 4 m, hündürlüyü 4 m 65 sm-dir. Zərih üzərində Quran Ayələri və tarixi şerlər yazılaraq öz növbəsində antikvar işlərdən biri sayılır.
Qeyd edək ki, zərih İran İslam Respublikasının məşhur incəsənət ustadları tərəfindən Tehranda “Müqəddəs Ziyarətgahların Bərpası Qərargahı”nın köməkliyi ilə düzəldilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır