15 avqust 2013 - 19:30
Beyrutda baş verən terror hadisəsi bir başa israilin xeyrinədir- İmran əl-Zəbi

İmran əl-Zəbi: “Beyrutda həyata keçirilən terror hadisəsi, yalnız Fələsti torpaqlarını işğal etmiş sionist israil rejimi və bu rejimə sadiq olan ölkələrin xeyrinədir.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya İnformasiya Naziri İmran əl-Zəbi, azğın əl-nüsrə terror qruplaşması tərəfindən Beyrutda həyata keçirilən terror hadisəsini məhkum edərək, bu aciz hərəkətin yalnız Fələsti torpaqlarını işğal etmiş sionist israil rejimi və bu rejimə sadiq olan ölkələrin xeyrinə olduğunu bildirib.

əl-Zəbi daha sonra baş vermiş hadisə qurbanlarının dərdləri ilə bölüşərək deyib: “Suriya höküməti, baş verən terror hadisəsini kəskin sürətdə qınayaraq, hadisə qurbanlarının ailə üzüvlərinə, yaxınlarına baş sağlığı verir. Və xəsarət alanların tez bir zamanda sağlamlıqlarını əldə etmək üçün dua edir.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır