Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Abbas Ərəqçi bildirib: “İngiltərə İİR-la diplomatik münasibətlərin bərpa edilməsində maraqlıdırsa, ilk addımı rəsmi London atmalıdır.”
Onun sözlərinə görə, rəsmi London Tehranla münasibətlərdə yeni yanaşma tətbiq etməlidir.
Ərəqçi qeyd edib ki, avqustun 4-də İran İslam Respublikasının Prezidenti Doktor Həsən Ruhaninin andiçmə mərasimində 55 əcnəbi nümayəndə heyətinin iştirak etməsi ölkənin təcrid vəziyyətində olmadığını, beynəlxalq aləmdə etimadının olduğunu sübut edir.
XİN nümayəndəsi deyib: "Son bir neçə il ərzində İİR-ın xarici siyasətinin uğursuz olduğunu demək ədalətsizlikdir".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır