2 avqust 2013 - 19:30
Bəşşar Əsəd Darya məntəqəsində Suriya Ordu Bölmələrinə baxış keçirtdi + Foto

Suriya Prezidenti: “Düşmən bütün var gücü və arxalandığı dövlətlərin himayəsi ilə, suriyalıların izzət və şücaətini sındıra bilmədi. Çünki bizim qorxmaz, güclü ordumuz var. Terrorçuların qəlbində qorxu və lərzə yaradan da elə bu məsələdir...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Xalq Respublikasının hörmətli Prezidenti, cənab Bəşşar Əsəd 2 avqust 2013-cü ildə, Suriya Milli Ordusunun yaranması münasibəti ilə, Darya məntəqəsində Suriya Ordu Bölmələrinə baxış keçirib.

Görüş zamanı Bəşşar Əsəd cənabları deyib: “Bu gün, Suriya Ordusunun gördüyü bütün işlər, tarixin səhifəsinə qeyd olunur. Bütün dünya bizim Ordumuzun müvəffəqiyyətləri haqda danışacaqlar... Sizin şüarınız həmişə Şərəf və Vətən olub. Bu sizsiniz ki, Şərəf və Vətənizin müdafiəsinə xalisanə qiyam etmisiniz...”

Suriya Prezidenti daha sonra deyib: “Düşmən bütün var gücü və arxalandığı dövlətlərin himayəsi ilə, suriyalıların izzət və şücaətini sındıra bilmədi. Çünki bizim qorxmaz güclü ordumuz var. Terrorçuların qəlbində qorxu və lərzə yaradan da elə bu məsələdir...”

Qeyd edək ki, həzrəti İmam Hüseynin (əleyhi səlam) qızı, Kərbala faciəsinin şahidi, həzrəti Xanım Sükeynənin (səlamullahi əleyha) hərəmi Darya məntəqəsində yerləşir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır