Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın Əyn xəbər agentliyi bildirib ki, dünən 30 iyul 2013 tarixdə, Bağdadın Şimalında yerləşən əl-Hüseyniyyə məntəqəsində, vəhabi quldurları, bir ədəd maşına bomba yükləyərək Əsədullahil Ğalib hüseyniyyəsi kənarında partladıblar.
Baş verən amansız hadisə zamanı 6 nəfər Şəhid, 21 nəfər isə, müxtəlif dərəcəli bədən yaraları alaraq yaralanıblar.
Terror hadisəsindən dərhal sonra, təcili yardım maşınları hadisə yerinə gələrək, yaralıları xəstəxanalarda yerləşdirib, Şəhid olanları isə tədqiqat üçün Ədli Tibb Təşkilatına göndəriblər.
Qeyd edək ki, artıq polis əməkdaşları məntəqəni mühasirəyə alaraq axtarış əməliyyatına başlayıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır