Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Pakistanın qanun hökm sürmədiyi məntəqələrinin birində, yaraqlılara məxsus hərbi paleqonda, qadınların hərbi təlim keçmələrini əks etdirən bir dəqiqəlik videoçarx yayımlanıb. Bu videoçarx, terrorla mübarizədə olan bütün anti-terror qrumlar arasında böyük nigərançılıqla qarşılanıb.
Nişen qazetinin bu haqqda yazdığına görə, bir dəqiləlik videoçarxda 5 üzü niqablı qadın göstərilir ki, əllərində müxtəlif növ, o cümlədən RPG, kalaşnikov və.s silahlar tutaraq hərbi təlimlər keçirlər.
Videoçarxda görsənən, üzərində ağ rəngdə aypara şəkili olan mavi rəngli bayraq, yaraqlı qadınların “Türküstan İslam Partiyası” adlı qruplaşmanın ünsürlərinə aid olduqlarını təsdiq edir.
Qeyd edək ki, adı çəkilən “Türküstan İslam Partiyası” adlı qruplaşması, terror təşkilatı olaraq, “Taliban” quldur dəstələri ilə sıx əməkdaşlıq edir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır