Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən özünü dünyanın demokratiya mərkəzi bilən avropada Müsəlmanlar bird aha hədəfə alınıb. Belə ki, iki həftə öncə İngiltərənin Tipton şəhərindəki Məscidin yaxınlığında güclü partlayış baş verib.
Məlumata görə, partlayış baş verərkən yerli Müsəlmanlar ibadət üçün Məscidə axışırdılar, lakin polis onları geri qaytarıb.
Bomba partlayışı nərticəsində ətrafa çox sayda mismar səpələnib, yaxınlıqdakı evlərin və maşınların pəncərələri sınıb.
Britaniyada belə bombalara, “mismar bombası” deyilir, çünki onların içərisinə daha çox tələfat törətməsi üçün mismar doldurulur.
Tiptondakı Kənzül-İman Məscidi yaxınlığında baş vermiş partlayışdan bir həftə əvvəl İngiltərənin Volsol şəhərindəki Aişə Məscidi yaxınlığında da partladıcı qurğu tapılmışdı.
Bomba aşkar ediləndən sonra ətrafdakı sakinlər evakuasiya edilmiş və partlayış yalnız bundan sonra baş vermişdi.
Bəzi təhlilçilərin rəyinə əsasən, Tipton Məscidi yaxınlığında baş verən partlayış xrstian və yəhudi sionistləri tərəfindən törədildiyi çox ehtimal olunur. Ona görə ki, qeyd olunan terror hadisəsi ötən ay başı kəsilərək öldürülmüş Britaniya əsgəri Li Riqbinin dəfni ilə eyni günə təsadüf edib.
Bir sıra müşahidəçilər də öz növbəsində Britaniya boyunca Məsçidlərə hücumları qisas aktı kimi qiymətləndirirlər.
Qeyd edək ki, hadisəni İngiltərənin anti-terror polisi araşdırır. Hadisə ilə əlaqədar 75 yaşlı bir kişi həbs edilib.





Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır