Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bu gün Bərdə rayon məhkəməsində İslamçı Seyid Nəsimi Həsənovun növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə prossesində İslamçı məhbusun şəriki Elxan şahid qismində dindirilib.
O məhkəməyə ifadə verdikdən sonra bu maddələrin Nəsimiyə aid olmadığını bildirərək "Nəsimi Bərdədə Seyid və Dindar kimi tanınır, hörməti də çoxdur" deyib.
Daha sonra dövlət ittihamçısı Seyyid Nəsimi Həsənovun barəsində ağırlaşdırıcı halın olmadığını və himayəsində azyaşlı uşağın olmasını onun işinin yüngülləşdirici halı sayıldığını bildirib.
Hakim dövlət ittihamçısına müttəhim haqqında iş istəməsini bildirdikdən sonra Nəsimi Həsənovun vəkili çıxış üçün vaxt istəyib.
Növbəti prosses 22 Iyul saat 9.30-a təyin edilib.
Qeyd edək ki, bu günkü prossesdə Tərtər və Bərdə dindarları və ruhaniləri də iştirak ediblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır