Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriya Milli Ordusu, ötən gün ölkənin Şimal məntəqəsində yerləşən, İdlib əyalətinin Ureyha qəsəbəsi ilə Cisrul Şuur qəsəbəsi arasındakı kommunikasiya yolunu kəsmək məqsədi ilə, geniş terror əməliyyatı həyata keçirən silahlı vəhabi yaraqlılarının hücumunun qarşısını ala biliblər.
Qanlı qarşıdurma zamanı, onlarla vəhabi-sələfi yaraqlıları, o cümlədən silahlı yaraqlılarının sərkədəsi Əhməd Curad yerindəcə gəbərdilib.
Qeyd edək ki, qarşıdurma zamanı azğın “ricalullah” yaraqlılarının sərkədəsi də Suriya Milli Ordusu tərəfindən gəbərdilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır