Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən işğalçı ABŞ, İngiltərə və sionist israil rejimlərinin qarşıdakı planlarına əsasən, İslam Dünyasında Sünni-Şiə qarşıdurması yaratmağa səylər göstərirlər. Sionist qüvvələr həmişə olduğu kimi, növbəti dəfə də mənfur planlarını sələfi-vəhabi yaraqlıları vasitəsi ilə, həyata keçirərək, İraqda Şiələrin kompakt yaşadığı məntəqədə növbəti terror aktı törədiblər.
Baş verən qanlı hadisə zamanı xeyli sayda mülki və dövlət əmlaklarına maddi və mənəvi ziyanlar dəyib.
İraq polisindən verilən məlumata görə, bu gün qeydə alınmış terror hadisəsi, bomba qurğuları ilə yüklənmiş yük maşınının, İraqın Şimalındakı “Tuz Xurmatu” şəhərindəki, Türkmənlərinin kompakt yaşadıqları məntəqədə partladılması ilə, qeydə alınıb.
Polis,vəhabi-sələfi ünsürləri tərəfindəntörədilən hadisədə günahsız 6 Şiə Türkmən vətəndaşının Şəhid olaraq, daha 28 Türkmənin müxtəlif bədən xəsarətləri alaraq yaralandıqlarını bildirib.
“Səlahud Din” əyalətinin “Tuz Xurmatu” şəhər İcra Başçısının Baş Müavini “Şəlal Əbdül” bildirib: “Terror hadisəsində 12 yaşayış mənzili dağılıb və bir neçə maşın da alovda yanaraq sıradan çıxıb.”
İraq Təhlükəsiz Nazirliyinin Əməkdaşları, bilafasilə hadisə məntəqəsinə gələrək, ətraf bölgəni nəzarət altına götürüblər. Cinayətkarların axtarışına artıb başlanıb.
Qeyd edək ki, İraqın Şimal məntəqəsi, Türkiyə ilə sərhəd bölgədə yerləşir. Çoxlu sayda vəhabi-sələfi yaraqlıları, məhz Türk dövlətinin birbaşa yardımı ilə, Türkiyə ərazilərindən İraq torpaqlarına daxil olur və amansız terror aktlarını həyata keçirirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır