Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Misirin keçmiş sələfiyönlü prezidenti M.Mursi Misri xalqı tərəfindən devrildikdən sonra, Suriyanın rəsmi səfiri Qahirədə öz rəsmi missiyasını dübarə bərpa edib.
Xatırladaq ki, M.Mursi 15 iyun 2013 tarixdə, Qahirədə “Suriyaya köməkliy” ünvanında keçirilən aksiya zamanı bildirmişdir: “Misir dövləti bu gün, Bəşşar Əsəd hakimiyyəti ilə diplomatik əlaqələrin donduraraq, Suriyanın Qahirədəki səfirliyini tətil etməyə qərar alıb. ”
Mursi həmçinin Misirin Dəməşqdəki müvəqqəti işləri üzrə müvəkkilinin yeni geri döndüyünü bildirərək, qərb ölkələrindən Suriyada qadağan olmuş uçuş planını icra etməsini istəmişdir. O, Livan Hizbullah Müqavimət Təşkilatına da müraciət edərək, Suriyadan çıxmaqlarını tələb etmişdir.
Misirin radikal sələfiyönlü Müsəlman qardaşları partiyasının üzvü olan Mursi, Misir vəhabilərinin Qahirə topluntusunda iştirak edərək, Suriya terrorçularının baraqını ucaldaraq, rəsmən terrorçulara Suriya Hakiiyyətinin devrilməsində köməklik edəcəyini elan etmişdir...
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır