5 iyul 2013 - 19:30
Ərəbistanın nüfuzlu Ruhanisi vəfat etdi

Qeyd edək ki, Höccətül İslam Şeyx Həsən əl-Qurzi, Sənabs qəsəbəsindəki İmam Sadiq (əleyhis səlam) adına Məscidin İmam Camaatı olub, o həmçinin “Tarut” adasının nüfuzlu ruhanilərindən biri sayılırdı.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Səudi Ərəbistanın tanınmış Din Xadimi, Höccətül İslam Şeyx Həsən əl-Qurzi, Qətif əyalətinin Sənabs qəsəbəsində keçirtdiyi ürək infarktı nəticəsində vəfat edərək fani dünya ilə vidalaşıb.

Şeyx Həsən əl-Qurzi, dünən 5 iyul, 2013 tarixdə, axşam radələrində, Sənabs qəsəbəsi və Ərəbistanın Şərqiyyə məntəqəsinin sakinləri tərəfindən Sənabs qəbiristanlığında torpağa bastırılıb.

Qeyd edək ki, Höccətül İslam Şeyx Həsən əl-Qurzi, Sənabs qəsəbəsindəki İmam Sadiq (əleyhis səlam) adına Məscidin İmam Camaatı olub, o həmçinin “Tarut” adasının nüfuzlu ruhanilərindən biri sayılırdı.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır