4 iyul 2013 - 19:30
Bu gün “Hicab Şəhidi” Vaqif Abdullayevin ildönümüdür

Biz ABNA olaraq mərhumun ailə üzüvləri və onun yaxınlarına dərin basağlığı verir, Allah Təaladan onun üçün mərhəmət diləyirik.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bu gün ilk “Hicab Şəhidi”, hacı Vaqif Abdullayevin ölümündən 1 il ötür.

Biz ABNA olaraq mərhumun ailə üzüvləri və onun yaxınlarına dərin basağlığı verir, Allah Təaladan onun üçün mərhəmət diləyirik.

Qeyd edək ki, mərhumun adına qurulacaq hüzn məclisi sabah Bakı şəhəri, Xətai rayonu, Xalqlar metrosu metrosunun yanındakı natarius ofisinin yanında keçirilcək. Məclis xanımlar üçün səhər saat 11:00-dan saat 14:00-a dək, kişilər üçün isə saat 14:00-dan 16:00-a dək keçiriləcək.

Xatırladaq ki, hacı Vaqif Abdullayev 2011-ci il oktyabrın 7-də dövlətə xəyanət, terrorçuluq, silah saxlamaq və başqa maddələrlə ŞƏRLƏNƏRƏK 11 il azadlıqdan məhrum edilmiş, 2012-ci il iyulun 12-də isə Penitensiar Xidmət İdarəsinin Müalicə Müəssisəsində Şəhid olmuşdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır