2 iyul 2013 - 19:30
Tehranın Ərg Məscidində Şəhid Şəhatə üçün mərasim keçirilib + Foto

Mərasimin təşkilatçıları Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyası və Ümumdünya İslam Məzhəblərinin Yaxınlıq Forumu olmuşdur.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Misirdə sionist qüvvələrinin muzdlu vəhabi nökərlərinin təhriki ilə, İmam Zaman (Allah onun şərafətli Zühurunu tezləşdirsin) həzrətlərinin təvəllüd gecəsi, Misirin Cizə əyalətinin Zaviyətu Əbu Müslim qəsəbəsində vəhşicəsinə qətlə yetirilərək Şəhid edilən Əllamə Şeyx Həsən Şəhatə və onunla bir yerdə olan daha dörd misirli Şiələr üçün, Tehranın Ərg Məscidində əza mərasimi keçirilib.

Mərasimin təşkilatçıları Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyası və Ümumdünya İslam Məzhəblərinin Yaxınlıq Forumu olmuşdur.

Xatırladaq ki, 23 iyun 2013 tarixdə Misirdə baş verən dəhşətli hadisə zamanı 66 yaşlı Şeyx Həsən Şəhatə, onun iki qardaşı 35 yaşlı Muhəmməd Şəhatə və 55 yaşlı Şəhatə Şəhatə, Əhli-Beyt (əleyhimus səlam) Məktəbinin davamçısı 45 yaşlı Ömər Həsəneyn vəhşi vəhabi yaraqlıları tərəfindən məzlumcasına şəhid edilərək bir çox Şiələr isə ağır yaralanmışdır.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır