Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransanın paytaxtı Parisin ətraf məntəqələrindən olan Arjinto şəhərciyində yaşayan Müsəlman xanımların hüquqları tapdalanmaqda davam edir. Bir neçə həftə bundan öncə Fransa yəhudi və xristian radikal irqçilərinin amansız zorakılıqlarına məruz qalan bir Müsəlman xanımı bətnindəki uşağını sitq etmişdir.
Avropa Humanitar Mərkəzinin işçilərindən olan Həlimə İtənatir qeyd olunan olay haqqda danəşaraq bildirib: “İrqçilər, bacımı döydükdən sonra Hicabını zorla başından çıxardaraq, saçlarını kəsiblər. Digər bacımisə, bu hadisədən bir neçə həftə öncə hamilə ola-ola onu irqçilər tərəfindən döyərək bətnindəki uşağını itirmişdir.”
Qeyd edək ki, dünən Arjinto şəhərciyinin Müsəlman sakinləri qeyrimüsəlman vətəndaşlar ilə birlikdə irqçilər tərəfindən törədilən anti-İslam cinayətlərin çoxalmasına, həmçinin ölkə mediyalarının bu faciələr qarşısında sükut etdiklərinə qarşı çıxaraq, Arjinto şəhərciyinin polis şöbəsi qarşısında geniş aksiya təşkil ediblər...
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır