Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünən 27 iyun 2013 tarix, Şam və Xoftən namazlarından sonra, Müqəddəs Qum şəhəri, Xanım Məsumənin (səlamullahi əleyha) Hərəmində, Əzəm Məscidində Şəhid Əllamə Şəhatə Təqlid Mərcələri, üləmalar və dindar əhali tərəfindən yad edilərək ruhuna dualar oxundu...
Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyası və Qum Elmi Hövzəsi tərəfindən təşkil olunan mərasimdə Ayətullah Seyyid Əhməd Xatəmi cənabları nitq söyləyiblər...
Ayətullah Seyyid Əhməd Xatəmi çıxışında, baş vermiş hadisəni müxtəlif cəhətlərdən təhlil edərək, vəhabilərin Kərbalada törətdikləri cinayətləri xatırladıb...
Cənab Xatəmi daha sonra Misirdə baş verən faciənin əsas amillərini üç qismə bölərək bildirib: “Faciənin ilk amilləri vəhabi əfkarının təsirinə girən sadəlövh insanlardır ki, on illərlə yürüdülən yanlış təbliğatlar vasitəsi ilə, vəhabi ideologiyasının təhti-təsirinə düşüblər... Dəhşətli hadisənin əsas ikinci amilləri, xain vəhabi müftiləridir. O, xain müftilər ki, insan ölümünə fətva verməklik onlar üçün su içməli qədər asan bir işdir! Amma bir halda ki, Qurani Kərim Nisa sürəsinin 94 ayəsində buyurur: “...Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq: “Sən mömin deyilsən!” deməyin!...” – deyə buyurur... Üçüncü əsas amil Amerika və sionist qüvvələridir. Bütün bu oyunlar onlar tərəfindən idarə olunur. Onlar İslam Oyanışının qarşısını almaq məqsədi ilə, “Radikal İslam”, “Adam Öldürən İslam”, “Vəhşi İslam” və “Libiral İslam”ın təbliğ və yayılmasına cəhd göstərirlər. Dünyada terrorizimi himayə edən də məhz ABŞ rejimidir. Kimsə bu haqqda şəkk etməsin. Buna sübut üçün, ABŞ tərəfindən, on minlərlə günahsız insanların qanını tökən Taliban firqəsinin rəsmi nümayəndəliyinin Qətərdə açılması və Əfqanıstan hökümətini Talibanı rəsmi sürətdə tanımağa məcbur etməsidir...”
Ayətullah Xatəmi sonda sünni alimlərinə müraciət edərək bildird: “Biz sizlərə öz təşəkkürümüzü bildiririk ki, cənab Hicr İbni Udeyy Kəndinin qəbri, vəhabilər tərəfindən dağıdılaraq açıldığı zaman, meydana atılıb bu mənfur işi məhkum etdiniz və İslamda qəbrin açılmasını böyük günahlardan biri olduğunu söylədiz. Misirdə baş verən hadisədə də, öz etirazlarınızı bildirdiz... Məlumdur ki, bütün bu hadisələr vəhabi-təkfirçi məfkürəsinin nəticələridir. Bir az şücaətli olun və əsas amillə mübarizəyə başlayın. Necə ki, Şiə alimləri şücaət taparaq ingilslər tərəfindən icad edilən muzdlu “Bəhaiyyət” firqəsini Kafir, Nəcis və İslamdan uzaq bir ünsür olduğunu bildirdilər. Biz gözlərimizi ovuşduraraq İslam saytlarını izləyirik ki, bir gün sünni alimlərinin şücaət taparaq “təkfirçi vəhabi ünsürlərinin İslam Dini ilə heç bir əlaqəsi yoxdur” deyəcəklərinin şahidi olaq... Bizim bu umacağımız var... Onlar İslam Dinin təxrib ediblər. Əhli-sünnəti də təxrib etmək istəyirlər. İslamın dadına çatın, sayqı bəslədiyiniz məzhəbin dadına çatın...”




















Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır