Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyası, Misirdə sionist yaraqlılarının sələfi-təkfirçi əlaltıları tərəfindən Şiə alimi “Əllamə Şeyx Həsən Şəhhatə” və onunla birlikdə daha dörd nəfəri vəhşicəsinə qətlə yetirilərək Şəhid edilməsini kəskin pisləyən BƏYANAT verib.
Ümumdünya Əhli Beyt (əleyhimus səlam) Assambleyası bu faciə ilə bağlı verdiyi Bəyanatda, hadisənin amillərini bir başa Misir höküməti, xüsusi ilə də, Muhəmməd Mursi bilərək, onların ƏDALƏT qarşısında cavab verməli olacaqlarını bildirib...
Ümumdünya Əhli Beyt (əleyhimus səlam) Assambleyası, bu haqqda deyib: “Bu ondan irəli gəlir ki, Misir prezidenti Muhəmməd Mursi bir həftə öncə, təkfirçi sələfilər tərəfindən Qahirədə təşkil olunan bədnam anti-Şiə konfransda iştirak edib və bu konfransda sələfilər tərəfindən Əhli Beyt (əleyhimus səlam) Məzhəbinin ardıcıllarını “Kafir” adlandırılaraq, Şiələrin öldürülməsini halal, əmlaklarının talanmasının caiz, namuslarının (qadınlarının) əsir götürülərək talan edilməsi haqqda rəsmən qəbul olunan “fətvaya” heç bir etiraz etməyərək, bütün bu qondarma fətvaların dürüstlüyünə imza atmış olub...”
Bəyaniyyədə həmçinin mühüm bir olay ifşa olunaraq, deyilir: “Əldə olunan bəzi məlumatlar və təkfirçi firqə sahiblərinin aşkar sürətdə elan etdiklərinə əsasən, artıq qətlə yetiriləcək Misir Şiə Alimlərinin siyahısı hazırlanıb... Onların hammısının aqibətləri, Şəhid “Əllamə Şeyx Həsən Şəhhatə”nin başına gətizdirilən müsibətlər gözləyir...”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır