Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən sionist rejimin müxtəlif ölkələrdən gətizdirdiyi muzdlu terrorçuları, bu gün Dəməşqin Məzzə Cəbəl 86 nömrəli Məktəb bölgəsində avtomobillə yerləşdirilmiş böyük miqdarda partlayıcı maddəni partladaraq növbəti terror aktını həyata keçiriblər. Terror hadisəsi zamanı aralarında 3 yaşında bir uşaqla bərabər 3 günahsız vətəndaş şəhid olub, bir çox vətəndaş da yaralanıb.
“SANA” agentlikinə açıqlama verən rəsmi qaynaq bu haqqda bildirib: “Yaraqlılar mikroavtobus dayanacağı yaxınlığında həyata keçirtdikləri terror hadisəsi nəticəsində, xeyli sayda vətəndaş ağır bədən xəsarətləri ilə yaralayaraq, ətraf bölgədəki yaşayış binalarına da böyük miqdarda maddi ziyanlar vurublar...”
Dəməşq Muvasat xəstəxanasında çalışan tibb işçilərində biri bildirib: “Partlayış nəticəsində xəstəxanaya 3 şəhid və 7 yaralı gətizdirilib. Onların arasında 2 uşağın olduğu da söylənilir...”
Qeyd edək ki, bütün bunlar, bəzi yaramaz qonşu düşmən dövlətlərinin Suriya xalqına bəslədikləri kin və nifrətlə dolu hissiyyatlarından irəli gəlir. Və onların ölkə daxilinə göndərdikləri muzdlu terrorçular tərəfindən bu amansız hadisələr daha əvvəllər də həyata keçirilib...















Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır