17 iyun 2013 - 19:30
BBC: Seyid Həsən Nəsrullah Əl-Quseyr məntəqəsini ziyarət edib

Bu, Seyid Həsən Nəsrullahın ilk görüşü deyil

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən BBC –nin yaydığı xəbərə görə, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah şəxsən Suriyanın Əl-Quseyr məntəqəsinə getmiş və bu şəhərdə Suriya dövlətinin müxalifləri ilə döyüşən Hizbullah üzvləri ilə görüşmüşdür.

“Beynəlxalq Müxbirlər xidməti klubu”-nun verdiyi xəbərə görə, iddia edilir ki, bu Seyid Həsən Nəsrullahın ilk görüşü deyil. Bəlkə O, Əl-Quseyr məntəqəsinin mühasirəsindən bir gün öncə bu şəhərin ətraf məntəqələrinə getmişdir.

Qeyd edək ki, Seyyid Həsən Nəsrullah bu səfərində Hizbullahın bir neçə yaralı üzvləri və komandirləri ilə görüş keçirərək onlar üçün söhbət etmişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır