Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriyada Xalq Hakimiyyətinə uduzmuş azğın sionist ünsürləri, Suriyanın Paytaxtı Dəməşqin Mariciyə meydanında iki dəhşətli terror aktı həyata keçiriblər...
Hadisə zamanı 14 mülki vətəndaş şəhid olub 31 nəfər isə, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanada yerləşdiriliblər...
Terror aktını ayrı-ayrılıqda həyata keçirən iki sionist yaraqlı, bombanı özləri ilə daşıdıqları çantada yerləşdirərək, Dəməşq Polis İdarəsi önündə partladaraq, özlərini də darmadağın etmişlər...
Qeyd edək ki, Suriya Milli Ordusu əl-Quseyr əyalətini vəhabi-sələfi vandallarından Təmizlədikdən sonra, bu ikici terror hadisəsidir ki, sionist yaraqlıları tərəfindən Suriyada törədilir...
Xatırladaq ki, Suriya Milli Ordusu, Hələb şəhərində azğın terrorçulara qarşı apardığı Təmizlənmə Əməliyyatları zamanı, əl-Qaidə terror təşkilatının vəhabi-sələfi yaraqlıları, bir həftə öncə oğurladıqları 15 yaşlı cavanı, camatın içərisinə çıxardaraq, ata və anasının gözü önündə, vəhşicəsinə qətlə yetirmiş və şəhid etmişlər.







Aata və anasının gözü önündə, vəhşicəsinə qətlə yetirmiş 15 yaşlı cavan


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır